• Şokoladlı-zefirli soyuq tort resepti

Reseptin məlumatları Baxış sayı: 21 236

Tarix : 27-11-2015, 16:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q zefir
2 yumurta
400 q kövrək peçenye
0,5 st. şəkər tozu
1 st. süd
200 q süd
1 limonun sedrası
2 x.q. kakao

Hazırlanması:
Zefirləri ortadan bölün.

Yumurtaları bir qaba sındırıb şəkər tozu ilə çalın.

Peçenyeni xırdalayıb yumurta qarışığına əlavə edin.

Buraya süd əlavə edib ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşınca bişirin. Sonra ocaqdan götürüb soyudun.

Yağı bir qaba qoyun. Limonu yuyub qurudun. Sedrasını xırda sürtgəcin köməyilə çıxarın və yağla qarışdırın.

Soyutduğunuz peçenyeli qarışığa əlavə edib yenidən qarışdırın.

Bunun bir hissəsini keks qabına tökün. Üzərinə ortadan böldüyünüz zefirləri düzün. Qarışığın qalanını üstünə tökün. Bir neçə saat soyutduqdan sonra doğrayıb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, üstünə, qoyun, qarışdırın, ortadan, tökün, şəkər, yumurta, peçenyeli, yenidən, qarışığa, Soyutduğunuz, verin, yağla, sürtgəcin, xırda, köməyilə, çıxarın, Bunun, olsun
BİZİ İZLƏYİN