• Butulkada tiramisu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 671

Tarix : 2-04-2017, 21:00

Bölmə : Tort reseptləri / Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q maskarpone
50 q şəkər tozu
250 ml qaymaq
6 ədəd savoyardi peçenyesi
2 yumurta
200 q giləmeyvə
200 ml qəhvə
500 q südlü şokolad

Hazırlanması:
Yumurta sarılarını şəkər tozu ilə çalın.

Butulkada tiramisu resepti - FOTO RESEPT


Yumurta ağlarını isə qaymaqla və maskarpone ilə çalın. Sonra hər iki kütləni bir-birinə qatın.

Butulkada tiramisu resepti - FOTO RESEPT
Butulkada tiramisu resepti - FOTO RESEPT


İki plastik butulkanın yuxarı dar hissəsini kəsin, bir növ uzun badə kimi.

Butulkada tiramisu resepti - FOTO RESEPT


Sonra isə bu "badə"lərin divarının bir tərəfini kəsin, şəkildə göstərilən qaydada birləşdirin.

Butulkada tiramisu resepti - FOTO RESEPT


Formanın yarısınadək kremi tökün. Kənarlarına giləmeyvə düzün.

Butulkada tiramisu resepti - FOTO RESEPT


Savoyardi peçenyelərini qəhvəyə batırıb giləmeyvənin üstündən düzün. Kremin qalanını çəkin, kənarlarına giləmeyvə düzüb peçenyenin qalanını qəhvəyə batıraraq düzün.

Butulkada tiramisu resepti - FOTO RESEPT

Butulkada tiramisu resepti - FOTO RESEPT


Soyuducuda 3 saat saxlayın. Onu formadan çıxarmaq üçün sadəcə butulkaların kənarlarından tutub əks istiqamətdə çəkmək lazımdır.

Butulkada tiramisu resepti - FOTO RESEPT


Şokoladı su hamamında əridib desertin üzərinə çəkin. Giləmeyvə ilə bəzəyin.

Butulkada tiramisu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: giləmeyvə, düzün, kəsin, çalın, çəkin, qalanını, Sonra, Yumurta, qəhvəyə, maskarpone, şəkər, düzüb, peçenyenin, batıraraq, Soyuducuda, kənarlarına, Kremin, saxlayın, giləmeyvənin, batırıb
BİZİ İZLƏYİN