• Madam Pompadur tort resepti

Reseptin məlumatları Baxış sayı: 33 691

Tarix : 14-08-2014, 09:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

2 yumurta
1 st. şəkər tozu
1 ç.q. soda
200 q yağlı kəsmik
2 st. un
1 ovuc badam
0,5 ç.q. duz

Krem:
3 yumurta
1 st. şəkər tozu
1,5 x.q. un
750 ml süd
200 q kərə yağı
1 paket vanil

Hazırlanması:
Xəmir:

Yumurtaları şəkər tozu ilə çalın, kəsmik əlavə edib yaxşıca qarışdırın, soda və duzla qarışdırılmış un əlavə edib xəmir hazırlayın.

Alınan xəmiri 8 yerə bölüb soyuducuda 1 saat saxlayın.

Krem:
Kərə yağından başqa, krem üçün göstərilən ərzağı yaxşıca qarışdırıb ocağın üstə qoyun, qaynara düşən anda götürün.

Soyuyanda yumşaldılmış kərə yağı ilə çalın. Kremə 200 q çalınmış qaymaq əlavə etsəniz, dadı daha gözəl olar (qaymaqlı dondurma kimi).

Soyuducudakı xəmiri çıxarıb yayın, 180 dərəcə qızdırılmış sobada qızılı rəng alanadək bişirin.

Korjları aralarına krem çəkməklə üst-üstə yığın. Üzərini badam və şokoladla bəzəyin.

Bir gecə soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, soyuducuda, çalın, yaxşıca, badam, xəmiri, yumurta, Xəmir, saxlayın, kəsmik, yayın, qızdırılmış, dərəcə, çıxarıb, qaymaqlı, qaymaq, çalınmış, etsəniz, gözəl
BİZİ İZLƏYİN