• Şokoladlı browni tortu resepti

Reseptin məlumatları Baxış sayı: 10 893

Tarix : 7-04-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
4 yumurta
230qr şəkər tozu
2 x.q. isti su
165qr un
2 x.q. kakao
1 paket qabartma tozu
1 çimdik duz

Krem:
3 stəkan süd
1 stəkan şəkər tozu
1 stəkan un
1 x.q. kərə yağı
200 ml iran xaması
1 paket vanil

Keksi islatmaq üçün:
1.5 stəkan süd
300 qr şokolad

Hazırlanması:
Keks:
1.Yumurtanın ağı ilə sarısı ayrılır.Yumurtanın ağına 1 çimdik duz səpib 4-5 dəq mikserlə ağ köpük olana qədər çalırıq.
2.Sarısına 230 qr şəkər tozu + 2 x.q. isti su töküb şəkər tozu əriyənə qədər mikserlə çalırıq(rəngi ağarana qədər).
3.Yumurtanın sarısıyla şəkər tozu qarışığına 165 qr un,2 x.q. kakao və bir paket qabartma tozu töküb mikserlə qarışdırırıq.
4.Bu qarışığa bayaqki yumuratnın ağını qarışdırırıq.
5.İçinə zövqə görə badam,qoz,fındıq,damla şokolad və ya hansısa şokoladı xırdalayıb qatmaq olar.
6.Daha sonra xəmiri bişirəcəyimiz qabı yağlayıb içinə biraz un səpirik.Xəmiri qaba töküb 3-4 dəfə çırpırıqki,hava qabarcıqları olmasın.180 dərəcədə 40-45 dəq bişiririk.
7.Bişmiş keksi soyuduruq və 2 hissəyə bölürük.
Qeyd:Kremləlməmişdən əvvəl keksin üzərinə 1.5 stəkan süd+300 qr şokolad qarışımını tökürük,bu da keksin yaş və yumşaq hal almasına kömək edir.
Krem:
Qazana 3 stəkan süd + 1 stəkan şəkər tozu tökürük.Qazın üstündə bu qarışım qatılaşana qədər bişiririk.Qatı hal alırsa deməli hazırdır.Altını söndürüb içinə 1 x.q. kərə yağı atırıq və isti-isti qarışdırırıq.Sonra bişmiş kremi soyumağa qoyuruq(arada qarışdırmaq şərtilə).
Soyuyandan sonra içinə 200 ml iran xaması töküb mikserlə calırıq,daha sonra içinə 1 paket vanil töküb yenə mikserlə çalırıq.

Krem və keks hazırdır.Zövqə görə bəzəyib,arasına qoz,fındıq,banan və s. qatmaq olar.

Nuş olsun!
Etiketlər: stəkan, şəkər, töküb, mikserlə, içinə, paket, qədər, Yumurtanın, şokolad, çalırıq, sonra, qarışdırırıq, fındıq, hazırdır, tökürük, qatmaq, keksin, xaması, qabartma, kakao
BİZİ İZLƏYİN