• Ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 30100

Tarix : 9.04.2017, 16:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə




Tərkibi:
3 yumurta
1,5 st şəkər tozu
2 x.q bal
150 q yağ
1 ç.q soda
1/2 paket vanil
3 st un
Qaba töküb yaymaq üçün 5-6 x.q un

Hazırlanması:
Tunc qaba (vəya balaca qazana, buxarda bişmə prosesi gedəcəyinə görə gərək qab istiyə davamlı əriməyən olsun) yumurtaları sındırıb çalırıq. Şəkər tozunu əlavə edib yenə çalırıq. Yumşalmış kərə yağını və balı əlavə edib çalırıq. Qazın üstündə vam odda ya da su buxarında şəkər tozu əriyənə qədər 5-10 dəqiqə (ağarıb uzanana qədər) qarışdırırıq. Qarışığı götürən kimi üstünə sodanı 1 ç.q sirkədə(üzüm və ya alma sirkəsi) açıb qaba əlavə edib qarışdırırıq. Sonra vanil və unu da əlavə edib yaxşı qarışdırırıq(xəmir nə bərk nə də çox yumşaq olmamalıdır əgər xəmir aparsa 3 stəkandan biraz çox da un tökə bilərsiniz). 5-6 kündə ayırıb diametri 28 sm yayırıq və soba qabının dibinə xəmir yapişmasın deyə biraz un səpirik, yaydığımız xəmiri ehtiyatla soba qabına yerləşdiririk
Hara yapışmaq istəsə un səpin. Xəmirin altında da un qalsın ki, yapışmasın. 180 dərəcədə qızdırılmış sobada 8-10 dəqiqəyə bişiririk. 4 ədəd lay alınacaq. Hamısını bişirdikdən sonra mətbəx fırçası ilə ununu təmizləyirik. Laylar soyuduqdan sonra eyni ölçülü olmaları üçün qab qoyub kəsirik.
Birinciyə qab qoyub kəsirik sonra kəsdiyinizi o birilərin üstünə qoyub yanlarını kəsirik. Yanları əlimiz ilə ovuruq. Ovuntu eyni olsun deyə onu aşsüzəndən keçiririk. Düz qabda layları bir-bir üst-üstə qoyub kremləyib qoz səpirik. Sonuncu layı qoyub üstünü və yanını kremləyirik. Tortu yandan bıçaqla qaldırıb bir əlimizin ortasına alıb yanlarına ovxantı vururuq. Qalan qırıntıları üstünə səpirik. Zövqə görə qozla istədiyimiz kimi bəzəyirik. Bir neçə saatdan sonra kəsib yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qoyub, sonra, əlavə, xəmir, üstünə, kəsirik, səpirik, çalırıq, qarışdırırıq, biraz, bilərsiniz, şəkər, qədər, vanil, olsun, birilərin, ölçülü, soyuduqdan, Laylar, kəsdiyinizi
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN