• Qırmızı Məxmər tort (red velvet) resepti

Reseptin məlumatları Baxış sayı: 18 816

Tarix : 12-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
Biskviti üçün:
110qr kərə yağı
1,5 st şəkər tozu
2 yumurta
1 st süd
1 y.q kakao
1paket vanil
1 ç.q karbonat
1 y.q sirkə
1/2 limonun suyu
1 paket qırmızı qida boyası ( 5 qr)
250 qr un (2,5 st )

Kremi üçün:
200 labne pendiri
125 qr kərə yağı
125 qr pudra şəkəri
1paket vanil

Hazırlanması:
Südə limon suyunu töküb kənara qoyuruq, ayrıca qabda una kakao, vanil ,qırmızı boyanı töküb qarışdırıb kənara qoyuruq, indi başlaya bilərik . Kərə yağını krem halına gələnədək mikserlə çırpırıq,şəkər tozunu sonra yumurtaları əlavə edirik , südü əlavə edirik , sirkəyə karbonat tozunu töküb qabaran kimi qarışıma tökürük və hissə-hissə unlu qarışımı da əlavə edirik və qarışımı iki hissəyə bölüb biskviti 170'də bişiririk ,çox tez bişir ona görə 30dəqiqə sonra taxta çubuqla içini yoxlamaq lazımdı bişən kimi götürmək lazımdı,rəngi çox tündləşməsinə ehtiyac yoxdu.
Keçək kremə və ilk öncə kərə yağını krem halınadək çırpıb labne pendirini əlavə edib davam edirik çırpmağa və sonda vanil və pudra şəkərini az-az töküb mikserlə çırpırıq və krem hazırdı. Tortu yığarkən biskvitlərin kənarlarını səliqəylə kəsirik ki biskvit bişərkən rəngi biraz qəhvəyiləşir amma kənarlardan qırmızı olarsa daha gözəl görüntü olur.

Qeyd: labne pendirinin suyunu süzün ki krem yumşaq alınmasın

Nuş olsun!
Etiketlər: əlavə, edirik, töküb, vanil, labne, yağını, qoyuruq, mikserlə, kənara, sonra, lazımdı, rəngi, hissə, suyunu, tozunu, çırpırıq, qarışımı, 1paket, kakao, şəkər
BİZİ İZLƏYİN