• Şam ağacı tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 36 331

Tarix : 14-08-2014, 06:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Beze:

4 yumurtanın ağı
150 q şəkər tozu

Xəmir (1 korj):
150 q un
1 x.q. üyüdülmüş qəhvə
2 yumurta
2 yumurtanın sarısı
100 q şəkər tozu
0,5 ç.q. kərə yağı

(3 korj gərək olacaq, odur ki, ərzağın qədərini 3-ə vurun)

Krem:
2 x.q. qəhvə likörü (və ya 1 x.q. konyak + 1 x.q. şəkər tozu + 0,5 ç.q. üyüdülmüş qəhvənin qarışığı)
4 x.q. bal
1 x.q. zəncəfil tozu
300 q yumşaq qaymaqlı pendir

Şərbət:
100 ml + 2 x.q. qırmızı qarağat şirəsi
7 x.q. şəkər tozu

Beze:
Yumurtanın ağını sarısından ayırıb quru qaba yığın, 20-30 dəqiqə soyudun.

Hazırlanması:
Sonra çıxarıb çalın. İlk 2 dəqiqəni mikserin aşağı sürətində, köpük əmələ gəlincə çalın. Şəkər tozunun 1/3 hissəsini əlavə edin. Sonrakı iki dəqiqəni mikserin sürətini artırmaqla, şəkərin qalanını az-az əlavə etməklə, çalın. Son 2-3 dəqiqəni isə sürəti maksimuma qaldıraraq çalın.

Formanın dibinə perqament döşəyin. Yumurta qarışığını çay qaşığı ilə, yaxud kulinar torbasından çıxarmaqla aralı-aralı perqamentin üstünə düzün.

Sobanın qapağını 1/3 qədər açıq qoymaqla, 100-120 dərəcədə 60-80 dəqiqə bişirin.
Hazır bezeni soyudun.

Xəmir:
Unu və qəhvəni ələkdən keçirin. Yumurtaları və şəkər pudrasını qatı kütlə alınıncayadək çalın, qəhvəli-unlu qarışığa əlavə edib eynicinsli kütlə alınınca çalın.

Sobanı 190 dərəcə qızdırın. Kənarı açılan 20 sm diamertli formanı kərə yağı ilə yağlayın, xəmiri içinə qoyun. 30-35 dəqiqə bişirin. Hazır olanda üzərindən yüngülcə basanda yay kimi qalxmalıdır. Şəbəkənin üstünə qoyub soyudun.

Bu qayda ilə 3 korj hazırlayın.

Şərbət:
100 ml şirə və şəkər tozunu qarışdırıb ocağın üstünə qoyun, qaynara düşənədək qarışdırın, ocaqdan götürüb soyudun.

Hər korja 3-5 x.q. şərbət hopdurun.

Krem:
Qaymaqlı pendiri və balı eynicinsli kütlə halınadək çalın. Likör və yaxud konyak qarışığını, həmçinin zəncəfil tozunu əlavə edin.

Tortu yığın:
2-ci və 3-cü korjdan 16, 12 və 8 sm diametrli dairələr kəsin.

Hər korjun arasına 2-3 x.q. krem çəkin, üstünə beze düzün, üst korjun üstünə heç nə qoymayın.

Aradakı boşluqları kremlə doldurun.

Korjlardan qalan qırıqları ət maşınından keçirin, 1 x.q. krem və 2 x.q. şərbət (yaxud qarağat şirəsi) əlavə edib qarışdırın.

Alınan qarışığı tortun üzərinə və kənarlarına çəkin.

Üzərini beze ilə bəzəyin.

Nuş olsun!

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Şam ağacı tortu resepti - FOTO RESEPT

Etiketlər: çalın, şəkər, əlavə, üstünə, soyudun, dəqiqəni, dəqiqə, kütlə, şərbət, yaxud, şirəsi, yığın, çəkin, korjun, mikserin, eynicinsli, qarışdırın, aralı, qarağat, qarışığını
BİZİ İZLƏYİN