• Rıjık tortu resepti

Reseptin məlumatları Baxış sayı: 9 614

Tarix : 26-04-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Aynel


Tərkibi:
4 ədəd yumurta,
2 st şəkər tozu,
2 x.q. bal,
150 qr kərə yağı,
1.5 ç.q. soda,
1 paket vanil,
3.5 st un

Krem üçün:
250 qr kərə yağı,
1.5 qutu bişmiş katılaşdırılmış süd

Hazırlanması:
Əvvəlcə yumurta, şəkər tozu və vanili mikserlə qatılaşana kimi çalırıq. Daha sonra bal əlavə edib, yenə qarışdırırıq. Qarışıma kərə yağını əlavə edib, qazın üzərində, vam odda dibini yapışdırmadan qarışdırmağa davam edirik. Bir neçə dəqiqədən sonra qazı söndürürük. Son olaraq üzərinə un əlavə edib, yaxşıca qarışdırırıq. Qarışımı hazırladığımız qabı bükərək 2-3 saat ərzində isti yerdə saxlayırıq. Hazır olduqdan sonra xəmiri iki bərabər hissəyə ayıraraq, soba qabında 180 dərəcədə bişiririk (2 biskivit alınır,istəyə bağlı olaraq bir biskvit bişirib sonradan iki hissəyə bölmək olar).

Kremi hazırlamaq üçün qatılaşdırılmış süd ilə kərə yağını mikserlə çalırıq.

Soyuduqdan sonra biskvitlərin üzərinə krem çəkərək üst-üstə yerləşdiririk. Tortun üzəri biskvit ovuntusu ilə zövqə görə müxtəlif formalarda bəzədilə bilər.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, biskvit, çalırıq, şəkər, mikserlə, qarışdırırıq, yumurta, olaraq, yağını, üzərinə, hissəyə, bağlı, sonradan, bişirib, bölmək, qabında, ayıraraq, dərəcədə, bişiririk
BİZİ İZLƏYİN