• Zəriflik tortu resepti

Reseptin məlumatları Baxış sayı: 6 981

Tarix : 28-04-2017, 20:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Anonim


Tərkibi:
Biskvit üçün:
3 ədəd yumurta,
1 st şəkər tozu,
0.5 st süd,
0.5 st duru yağ,
2 st un,
1 paket qabartma tozu,
1 paket vanil

Krem üçün:
350 qr xama (20%-li),
100 qr şəkər pudrası,
50 qr qatılaşdırılmış süd,
1 paket vanil

Üzəri üçün:
1 ədəd limonun qabığı

Hazırlanması:
İlk öncə yumurtaların sarısını ağından ayırıb, sarısını şəkər tozu ilə birlikdə mikserlə çalırıq. Üzərinə süd, yağ, un, vanil və qabartma tozunu əlavə edib, bir cinsli qarışım alınana kimi mikserlə çalmağa davam edirik. Daha sonra ayrı bir qabda yumurtaların ağını təxminən 10 dəqiqə mikserlə çalıb, ilk hazırladığımız qarışımın üzərinə əlavə edirik. Əvvəlcədən isidilmiş sobada 170 dərəcə istilikdə bişiririk. Bu müddət ərzində kremi hazırlaya bilərsiniz.

Kremi hazırlamaq üçün xama, qatılaşdırılmış süd, vanil və şəkər pudrasını mikserlə çalırıq.

Biskvit bişdikdən sonra bir müddət soyumasını gözləyirik. Soyuduqdan sonra biskviti bıcaq və ya sapın köməyi ilə 2 hissəyə ayırırıq. Hər iki hissənin üzərinə krem çəkib, üst-üstə yerləşdiririk. Gözəl görünüş əldə etmək üçün üzərinə sürtgəcdən keçirilmiş limon qabığı səpərik.

Beləliklə, adı kimi dadı da “zərif” olan tortumuz hazırdır.

Nuş olsun!
Etiketlər: mikserlə, şəkər, vanil, üzərinə, paket, sonra, Biskvit, sarısını, əlavə, çalırıq, yumurtaların, qabığı, qatılaşdırılmış, qabartma, edirik, müddət, köməyi, sapın, Soyuduqdan, bıcaq
BİZİ İZLƏYİN