• Filin göz yaşı tortu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 41 479

Tarix : 17-08-2014, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (2 tort üçün):
Xəmir:

6 yumurta
1 st.şəkər tozu
1 st. un
3 x.q. kakao tozu
1 ç.q. qabartma tozu

Krem:
300 q kərə yağı
400 ml. qatılaşdırılmış süd
2 banan

Qlazur:
200 q qara şokolad
60 q kərə yağı
4 x.q. xama

Üstünə:
200 1 qoz

Hazırlanması:
Bu, əslində balaca tortdur, ona görə də resept iki tort üçün verilib. Əgər yoxlamaq üçün bir tort bişirirsinizsə, o zaman ərzaqların qədərini ikiyə bölün.

Qazanda su qaynadın. Ocağı söndürün. Qaynar su dolu qazanın üstünə ləyəni qoyun. Yumurtaları və şəkər tozunu onun içinə töküb qarışdırın. Həcmi üç dəfə artanadək mikserlə çalın.

Un, qabartma tozu və kakaonu qarışdırın. İçində yumurta qarışığı olan ləyəni masanın üstünə qoyun, un qarışığını əlavə edib yaxşıca qarışdırın. Çalışın, içində lopa qalmasın.

25 sm diametrli formanın içinə perqament döşəyin. Xəmirin yarısını içinə tökün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Korju formadan çıxarın. Perqamenti soyun. Qaynar korjun ortasına qalın oxlov qoyub korju iki qatlayın (sınmasına imkan verməyin).

Yağı qatılaşdırılmış südlə həcmi artanadək mikserlə çalın.

Soyumuş korjun içəri hissəsinə hərtərəfli krem çəkin. Ortasına qabığı soyulmuş banan qoyun, boş qalan yeri kremlə doldurun. Tortu soyuducuda 1 saat saxlayın.

Tortun kənarlarına krem çəkin, üstünə xırdalanmış qoz səpin. Yenidən soyuducuya qoyun.

Qlazur: vam odda şokolad, xama və kərə yağını əridin, daim qarışdırın, qaynamasına imkan verməyin. Tortun üstünə və kənarlarına qlazuru çəkin. Soyuducuda ən az 6 saat, ən yaxşısı isə 1 gecə saxlayın.

Eyni reseptlə ikinci tortu bişirib yan-yana da qoya bilərsiniz.

Tortu kəsəndə gözəl görüntü alınır.

Nuş olsun!

Filin göz yaşı tortu resepti - FOTO RESEPT

Filin göz yaşı tortu resepti - FOTO RESEPT

Filin göz yaşı tortu resepti - FOTO RESEPT

Filin göz yaşı tortu resepti - FOTO RESEPT

Filin göz yaşı tortu resepti - FOTO RESEPT

Filin göz yaşı tortu resepti - FOTO RESEPT

Etiketlər: qoyun, qarışdırın, üstünə, içinə, çəkin, Tortun, ləyəni, kənarlarına, artanadək, imkan, korjun, verməyin, çalın, Qaynar, mikserlə, Tortu, saxlayın, Qlazur, şokolad, banan
BİZİ İZLƏYİN