• Rafaello tortu resepti

Reseptin məlumatları Baxış sayı: 40965

Tarix : 17.08.2014, 13:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
2 yumurta
2 st. un
1 paket qabartma tozu
400 ml qaymaq
1 3/4 st. şəkər tozu
15-20 ədəd "Rafaello" konfeti
5 paket vanilli şəkər
200 q xama
1 qutu kokos yonqarı

Hazırlanması:
Sobanı 170 dərəcəyədək qızdırın.

2 yumurta, 1 st. şəkər tozu, 2 vanilli şəkər paketini qarışıb möhkəm köpük alınanadək çalın. 200 ml qaymaq əlavə edib çalmağa davam edin. Un, qabartma tozu əlavə edib yaxşıca qarışdırın.

Xəmiri yağlanıb perqament döşənmiş formaya tökün. Sobada 25 dəqiqə bişirin. Sonra biskviti soyudub iki korja bölün.

Krem üçün xamanı, 200 ml qaymağı, 3/4 st. şəkər tozunu və 3 paket vanilli şəkəri çalın (qatı krem alınmalıdır).

Birinci korjun üzərinə 1-1,5 sm qalınlıqda krem çəkin. 6 "Rafaello" konfetini blenderdə xırdalayıb kremin üstünə səpin. İkinci korju qoyun, üzərinə və tortun kənarlarına kremin qalanını çəkin. "Rafaello" konfetlərini iki bölüb üzərinə düzün, üstünə kokos yonqarı səpin.

Nuş olsun!
Etiketlər: şəkər, Rafaello, üzərinə, vanilli, paket, çəkin, səpin, əlavə, çalın, yumurta, üstünə, yonqarı, qabartma, kremin, kokos, qaymaq, konfetini, qalınlıqda, tozunu, qaymağı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Vauuuuu super sevdimmm
10 may 2016 17:28
2
Offline
gnl
reafeyellonu cox xosluyuram yeqin yaxsi olar
17 avqust 2014 14:19
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN