Tərkibi:250+100 q boranı
200 q un
3 yumurtanın sarısı
6 yumurtanın ağı
130 ml bitki yağı
150 q şəkər tozu
1 ç.q. qabartma tozu
10 q vanilli şəkər
1 ç.q. limon sedrası
Boranı mussu:200 q boranı
200 ml su
5 x.q. şəkər tozu
0,5 portağal
1 budaq darçın
3 mixək
1 cirə ulduzu (badyan)
1 x.q. konyak
12 q jelatin
Qaymaqlı sufle:250 q 33%-li qaymaq
200 ml yoqurt
3 x.q. şəkər tozu
10 q vanilli şəkər
12 q jelatin
1 st. böyürtkən (dondurulmuş)
Bəzək üçün:alma və boranı çipsləri
Hazırlanması:Boranıdan xüsusi bıçağın köməyilə bəzək üçün kürələr kəsiin, qalanını lay-lay, yaxud kubik doğrayın, tavaya qoyun. Şəkər, su, doğranmış portağal, darçın çubuğu, mixək, cirə (badyan) əlavə edib 20 dəqiqə bişirin.
Sonra boranını çıxarıb blenderdə püre halına salın.
Qalan ətirli şirədə boranıdan kəsdiyiniz kürələri 5 dəqiqə bişirin. Sonra ocağı söndürün, konyak əlavə edin, kürələri bu şirədə 20-25 dəqiqə saxlayın. Sonra bunları çıxarıb boşqaba qoyun, soyusun, bəzək üçün lazım olacaq.
Marinadı süzün.
Unu, şəkər tozunu, vanilli şəkəri, qabartma tozunu qarışdırıb üç dəfə ələkdən keçirin.
Yumurta ağlarını möhkəm çalın.
Yumurta sarılarını, 250 q boranı püresini, bitki yağını, limon sedrasını mikserlə çalın.
Un qarışığını əlavə edib qatışdırın. Sonra çalınmış yumurta ağını hissə-hissə əlavə edib, qaşıqla altdan yuxarı olmaqla qarışdırın.
23 sm diametrli formanın dibinə perqament döşəyin, üstünü yağlamaq lazım deyil. Xəmiri tökün. 160 dərəcə Selsidə 1 saat bişirin.
Biskviti şəbəkənin üstündə soyudun. Sonra üstünü nazik qat kəsin (xırdalayıb tortun kənarlarına səpmək üçün lazım olacaq), biskviti iki korja bölün.
Boranı mussu üçün: boranı puresi ilə süzülmüş marinadı qarışdırın. Jelatini əvvəlcədən 60 ml suda isladın, şişəndən sonra su hamamında isidin. Boranılı kütləyə əlavə edib yaxşıca çalın.
Formanın içinə bir biskvit qoyun, üstünə boranılı muss tökün. Üstünə böyürtkən düzün. Soyuducuda 15 dəqiqə saxlayın.
Qaymaqlı sufle: jelatini yuxarıda göstərilən qaydada hazırlayın, qaymaq, yoqurt, şəkər tozu, vanilli şəkəri mikserlə krem halına gələnədək çalın, jelatini əlavə edin.
Soyuducudakı formanı çıxarıb boranılı mussun üzərinə qaymaqlı suflenin 2/3 hissəsini qoyun.
İkinci biskvit korjunu qoyun, qaymaqlı suflenin qalanını töküb hamarlayın. Bərkiməsi üçün soyuducuda 4-6 saat saxlayın.
Bəzək üçün alma və boranıdan çipslər hazırlayın: alma və boranını napnazik dilimlərə doğraın. Perqamentin üzərinə bitki yağı çəkin, alma və boranı dilimlərini üzərinə düzün. Mikrodalğalı sobanın maksimal gücündə 2,5-3 dəqiqə hazırlayın.
Tortun kənarlarına biskvit ovuntuğu çəkin. Buna xırdalanmış qoz-fındıq da qata bilərsiniz. Tortu boranı kürələri, alma və boranı çipslərindən çiçəklər, böyürtkənlə bəzəyin.
Nuş olsun!
Etiketlər: boranı, şəkər, əlavə, dəqiqə, Sonra, qoyun, çalın, vanilli, bitki, kürələri, çıxarıb, hazırlayın, üzərinə, bişirin, biskvit, lazım, saxlayın, suflenin, halına, olacaq