• Paleno tortu resepti

Reseptin məlumatları Baxış sayı: 4 867

Tarix : 29-05-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 xörək q.stəkanı un
2 xörək q. nişasta
4 yumurta
6 yumurtanın sarısı
150 qram şəkər tozu
300 qram kərə yağı
300 qram şokolad
9 xörək q. şəkər
4 çay q. rom və ya konyak
2 xörək q. dəmlənmiş kofe
2 xörək q. qovrulmuş badam
2 xörək q. üyüdülmüş kofe

Hazırlanması:
Biskvitin hazırlanması üçün 4 yumurtanın ağını sarısından ayırın.
Sonra yumurtanın sarısını 100 qram şəkər ilə çalıb üzərinə un və kraxmalı əlavə edin.

Yumurtanın ağını bərkiyənə qədər mikser ilə çalın və üzərinə qalan şəkəri əlavə edin.
Alınmış kütləni xəmirin üzərinə əlavə edin.
Soba qabına yağlı kağız qoyun və əvvəlcədən isidilmiş 100 dərəcəli sobada 10-15 dəqiqə bişirin.

Biskvit soyuyana qədər kremi hazırlayın.
Şokoladı xırdalayın, üyüdülmüş kofe əlavə edin və odda su vannasında əridin.
6 yumurtanın sarısını şəkər ilə mikserlə çalıb şokoladın üzərinə əlavə edin.
Rom və ya konyakı, dəmlənmiş kofeni yumşaldılmış kərə yağını da əlavə edin.

Sonra qovrulmuş badamı xırdalayın, biskvitin üzərinə krem çəkin, badam səpin və rulon formasında bükün və hər tərəfinə krem çəkin.
Tortu kremdən güllər düzəldib badamla bəzəmək olar.

Nuş olsun!
Etiketlər: xörək, əlavə, üzərinə, şəkər, yumurtanın, Sonra, xırdalayın, sarısını, çəkin, qədər, üyüdülmüş, çalıb, ağını, qovrulmuş, dəmlənmiş, badam, şokoladın, soyuyana, Biskvit, kofeni
BİZİ İZLƏYİN