• Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 19 127

Tarix : 21-08-2014, 14:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Korjlar üçün:

1 1/2 fincan (240 ml-lik fincan gərək olacaq) fıstıq (duzsuz, təmizlənmiş)
1/4 fincan un
6 iri yumurta sarısı
3/4 fincan şəkər tozu
7 iri yumurtanın ağı
4 ç.q. limon şirəsi
1 çimdik duz
1 ç.q. vanil və ya badam ekstraktı
1/2 ç.q. limon sedrası

Şokoladlı qlazur:
3/4 fincan yağlı qaymaq
210 q tünd şokolad
1 x.q. konyak

Korjların arasına:
1/2 fincan moruq və ya ərik mürəbbəsi
şirin fıstıqlar

Hazırlanması:
Korju bişirmək üçün isə 24 sm diametrli kənarı açılan forma gərəkdir.

Sobanı 180 dərəcə Selsiyədək qızdırın.

Fıstıqları siniyə düzün (bir lay), 12-15 dəqiqə sobada saxlayın. Amma diqqət edin ki, rəngi tündləşməsin. Çıxarın.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Sobanın dərəcəsini 160-a endirin.

Formanın içini yağlayın, un səpin.

Fıstıqlarla unu blenderdə xırdalayın.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Yumurta sarıları ilə şəkər tozunun yarısını mikserin ən yüksək sürətində qatılaşanadək çalın.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Yumurtanın ağı ilə limon şirəsini mikserin ən yüksək sürətində möhkəm çalın. Sonra şəkər tozunun qalanını da əlavə edib çalın.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Yumurtanın ağı ilə sarısının qarışıqlarını bir-biriylə qarışdırın, vanil ekstraktı və limon sedrası əlavə edin.

Fıstıqlı-unlu qarışığın 1/3-ni əlavə edin. Səliqəylə qarışdırın. Yerdə qalan unlu-fıstıqlı qarışığın yarısını əlavə edin, qarışdırın. Sonra qalanını əlavə edin və yenə qarışdırın.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Xəmiri formaya tökün. Formanın qıraqlarından tutub səliqəylə masaya vurun ki, xəmir bərabər qaydada yayılsın.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Sobaya qoyun (orta gözünə). 40-50 dəqiqə bişirin. Soyudun.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Qlazur: Qaymağı qızdırın. Ocaqdan götürün. Şokolad parçaları səpin və əriyənədək qarışdırın. Konyak əlavə edib qarışdırın.

Soyumuş korju iki yerə bölün. Aralarına mürəbbə çəkin. Bütün tortun üstünə şokolad qlazuru çəkin. Üstünə şirin fıstıqlar səpin.
Şokoladlı-fıstıqlı tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, qarışıqlarını, fincan, əlavə, limon, səpin, çalın, şəkər, qızdırın, şokolad, Formanın, qarışığın, fıstıqlar, şirin, dəqiqə, qalanını, sedrası, mikserin, yüksək, sürətində, Yumurtanın
BİZİ İZLƏYİN