• Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 044

Tarix : 23-08-2014, 12:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit:

3 yumurta
150 q şəkər tozu
70 q un
70 q nişasta

Şokoladlı muss:
300 q 35%-li qaymaq
50-70 q tünd şokolad
7 q jelatin
şəkər pudrası - zövqə görə

Manqolu muss:
1 yetişmiş manqo
300 q 35%-li qaymaq
2-3 x.q. şəkər pudrası - zövqə görə
10 q jelatin

Jele:
1 portağal
3 x.q. su
10 q jelatin
2 x.q. su
1 x.q. şəkər tozu

Hazırlanması:
Yumurta ağlarını tədricən şəkər tozu əlavə etməklə möhkəm çalın.
Yumurta sarılarını bir-bir əlavə edərək çalın. Mikseri söndürün.

Un, nişasta və vanili birlikdə ələyin. Yumurtalı qarışığa əlavə edərək qaşıqla qarışdırın.
Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT


Diametri 22 sm olan sinidə qızılı rəng alanadək bişirin (2 biskvit).
Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT


Qaymağı çalın.
Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT


Jelatini qablaşdırmasında göstərilən qaydada hazırlayın (Üstünə soyuq qaynanmış su əlavə edib şişməsini gözləyin: təxminən 1 saat, sonra ocağın üstə qoyun. Qaynara düşəndə götürün, amma qaynatmayın. Digər muss üçün jelatini də eyni qaydada hazırlayın). Su hamamında şokoladı əridin. Qaymaqla, jelatinlə qarışdırın, korjun üstünə çəkin.
Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT


Manqonu blenderdə xırdalayın, zövqə görə şəkər pudrası əlavə edin. Jelatin hazırlayıb əlavə edin.

Qaymağı çalıb manqo püresinə əlavə edin.
Bananı doğrayıb mussa əlavə edin.
Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT


Şokoladlı müssun üzərinə çəkin. Soyudun.

Portağallı jele üçün portağalın şirəsini çıxarın, şəkər tozu, su ilə qaynadın. Jelatini yuxarıda göstərdiyimiz qaydada hazırlayın, portağal şirəsi ilə birləşdirin.

Tortun üstünə portağallı jele tökün. Çalınmış qaymaqla bəzəyin. Soyudun.
Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT

Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT

Bananlı-manqolu tort-muss resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, şəkər, jelatin, pudrası, hazırlayın, çalın, qaydada, zövqə, Soyudun, Yumurta, üstünə, edərək, çəkin, portağal, Jelatini, qaymaq, Şokoladlı, nişasta, manqo, qarışdırın
BİZİ İZLƏYİN