• Ballı tort resepti

Reseptin məlumatları Baxış sayı: 9 628

Tarix : 15-07-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
4 ədəd yumurta,
1.5 st. şəkər tozu,
150 qr yağ,
3 x.q. süd,
2 x.q. bal,
1 ç.q. soda,
0.5 ç.q. alma sirkəsi,
un (aparan qədər)

Krem üçün:
2 st. süd,
3 x.q. un,
1 ədəd yumurta,
1.5 st. şəkər tozu,
1 paket vanil,
150 qr yağ,
3 x.q. qatılaşdırılmış süd

Hazırlanması:
Əvvəlcə kremi hazırlayırıq. Krem üçün yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə un və vanil əlavə edib, mikserlə çalmağa davam edirik. Ardınca süd əlavə edib, az odda qatılaşana kimi bişiririk. Soyuduqdan sonra yumuşalmış yağı mikserlə ağarana kimi çalıb, üzərinə bişmiş kremdən az-az əlavə edirik. Son olaraq qatılaşdırılmış süd əlavə edib, tam krem halını alana kimi mikserlə çalmağa davam edirik.

Xəmiri hazırlamaq üçün əvvəlcə yumurta, şəkər tozu, yağ, süd və balı bir qaba tökürük. Qazanda qaynayan suyun buxarının üzərinə qoyub, qarışdıraraq isinənə kimi saxlayırıq. İsindikən sonra buxardan götürüb, soda və alma sirkəsi tökürük və qarışdırırıq. Son olaraq un əlavə edib, yumşaq xəmir yoğururuq. Xəmirdən eyni ölçülü 6 ədəd və 1 ədəd balaca(oxantı üçün) kündə tuturuq. Bütün kündələri yayıb, sıra ilə sobada bişiririk.

Bişirdiyimiz korjların üzərinə krem çəkib, üst-üstə yerləşdiririk. Ən üst qatda kremdən sonra oxantı səpirik. Üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, mikserlə, yumurta, edirik, sonra, üzərinə, çalmağa, sirkəsi, davam, bişiririk, olaraq, oxantı, kremdən, tökürük, qatılaşdırılmış, vanil, ağarana, götürüb, kündələmək
BİZİ İZLƏYİN