• Qızıl açar tortu resepti

Reseptin məlumatları Baxış sayı: 12 983

Tarix : 13-08-2017, 22:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
5 ədəd yumurta,
125 qr şəkər tozu,
125 qr un,
1 x.q. kakao,
1 ç.q. qabartma tozu *Qeyd. Bu ərzaqlar 1 ədəd korjun hazırlanması üçündür.

Sirop üçün:
100 qr şəkər tozu,
80 ml su,
1 x.q. konyak

Krem üçün:
300 qr yağ,
200 qr qatılaşdırılmış süd,
1 paket vanil,
1 x.q. konyak

Bəzək üçün krem:
300 qr yağ,
150 qr pudra şəkəri,
2 x.q. qatılaşdırılmış süd,
1 paket vanil,
1 ç.q. konyak,
1 x.q. kakao *Qeyd. Bu kremdən istifadə etmədən, yalnız ovuntu ilə də tortunuzu bəzəyə bilərsiniz.

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə ələnmiş un, kakao və qabartma tozunu az-az əlavə edərək, qaşıqla ehtiyatlı şəkildə qarışdırırıq. Diqqət edirik ki, yumurtanın həcmi çox azalmasın. Hazırladığımız xəmiri soba qabına töküb, 180 dərəcə istilikli sobada bişiririk. Eyni qayda ilə ikinci korju hazırlayırıq. Lakin bu dəfə kakaodan istifadə etmirik.

Korjlar bişənə kimi kremi hazırlayırıq. Krem üçün qeyd olunmuş ərzaqları bir qaba töküb, mikserlə çalırıq.

Biskvitlər bişib, soyuduqdan sonra hər birini bıçaqla və ya sapın köməyilə 2-3 hissəyə ayırırıq. Siropla isladıb, üzərilərinə krem çəkərək üst-üstə yerləşdiririk. Tortumuzun üzərini zövqə görə bəzəyirik.

Nuş olsun!
Etiketlər: konyak, şəkər, kakao, istifadə, vanil, qatılaşdırılmış, paket, tozunu, mikserlə, yumurta, qabartma, töküb, çalırıq, hazırlayırıq, kremi, olunmuş, Biskvitlər, bişib, bişənə, ərzaqları
BİZİ İZLƏYİN