• Çiyələkli, şokoladlı tort resepti

Reseptin məlumatları Baxış sayı: 6 574

Tarix : 19-08-2017, 22:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
4 ədəd yumurta,
1 st. şəkər tozu,
1.5 st. un,
1 paket vanil,
1 paket qabartma tozu

Krem üçün:
2 banka qatılaşdırılmış süd,
500 qr kərə yağı

Arası üçün:
damla şokolad,
doğranmış çiyələk

Üzəri üçün:
şokolad

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə vanil, qabartma tozu və un əlavə edib, mikserin az sürəti ilə qarışdırırıq. Hazırladığımız xəmiri soba qabına tökürük. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada bişiririk.
Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün qatılaşdırılmış süd və kərə yağını bərkiyənə kimi mikserlə çalırıq.

Biskvitimiz soyuduqdan sonra bıçaq və ya sapın köməyilə iki hissəyə ayırıb, birinin üzərinə krem çəkirik. Üzərinə damla şokolad və doğranmış çiyələklər yerləşdirib, ikinci hissəni qoyuruq. Tortumuzun üstünə ərinmiş şokolad töküb, zövqə görə bəzəyirik.

Nuş olsun!
Etiketlər: şokolad, damla, doğranmış, mikserlə, Üzərinə, qatılaşdırılmış, çalırıq, şəkər, yumurta, vanil, paket, qabartma, sapın, birinin, hissəyə, ayırıb, köməyilə, sonra, bərkiyənə, yağını
BİZİ İZLƏYİN