• Rıjık tortu resepti

Reseptin məlumatları Baxış sayı: 715

Tarix : 11.08.2017, 12:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Resepti göndərən : DADLI


Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurta,
1 st. (200 qr) şəkər tozu,
1 x.q. bal,
100 qr kərə yağı,
1 ç.q. soda,
320 qr un

Krem üçün:
1 banka bişmiş qatılaşdırılmış süd,
200 qr kərə yağı

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu
bərrkiyənə kimi mikserlə çalırıq. Üzərinə bal əlavə edib, mikserlə çalmağa davam edirik. Qazın üzərində (su hamamında yox) az odda qarışdıra-qarışdıra yağ əlavə edirik. Qabarcıqlar çıxana kimi qarışdırmağa davam edirik. Ardınca soda əlavə edib, qarışdırırıq və qazdan götürürük.

Son olaraq un tökürük. Xəmir sizə duru kimi gələ bilər, amma artıq un tökməyin. Çünki xəmir qaldıqca bərkiyir. Xəmiri büküb 2-3 saat isti yerdə saxlayırıq.
Hazır olduqdan sonra xəmiri 3-5 ədəd bərabər ölçülü kündələrə ayırırıq. Sıra ilə yayıb, sobada bişiririk. 18-19 sm-lik soba qabından istifadə edirik. Korjların tez bişdiyini unutmayın. *Qeyd. Korjlar sobadan çıxardarkən yumşaq olur, bu səbəbdən ehtiyatla çıxardın.
Kremi hazırlamaq üçün bişmiş qatılaşdırılmış süd ilə kərə yağını mikserlə çalırıq.

Korjlar soyuduqdan sonra biskvitlərin üzərinə krem çəkərək üst-üstə yerləşdiririk. Korjlar krem çəkdikcə şişir və yumşalır. Tortun üzəri biskvit ovuntusu ilə zövqə görə bəzəyə bilərsiniz. *Qeyd. Tortu bir gecə saxlayıb, sonra yemək mütləqdir.

Nuş olsun!

Etiketlər: edirik, əlavə, Korjlar, mikserlə, sonra, Xəmir, davam, şəkər, qatılaşdırılmış, çalırıq, yumurta, bişmiş, qarışdıra, yumşaq, səbəbdən, ehtiyatla, çıxardın, yağını, hazırlamaq, Kremi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica