• Bibər şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 385

Tarix : 2-05-2016, 15:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 x.q. zeytun yağı
1 orta boy soğan
1 razyana kökü
3 diş sarımsaq
6 qırmızı bolqar bibəri
3 st. toyuq bulyonu
1 avokado
0,5 st. xama
1 x.q. laym sedrası

Hazırlanması:
Sobanı maksimum temperaturunadək qızdırın. Bibərləri yuyun, ortadan uzunasına bölüb toxumlarını təmizləyin. Dəmir şəbəkənin üstünə düzüb sobada 15-20 dəqiqə, üstü közlənənədək bişirin. Sobadan çıxarıb dərhal polietilen paketə yığın. Ağzını bağlayıb 15 dəqiqə saxlayın.
Sonra bibəri paketdən çıxarıb qabığını soyun.
Soğanı, sarımsağı və razyana kökünü xırdalayın.
Qazanda yağ qızdırın, soğanı və razyana kökünü əlavə edin. Yumşalanadək bişirin, təxminən 7-8 dəqiqə. Sarımsağı əlavə edib daha 2 dəqiqə bişirin. Bibəri doğrayın, qazana əlavə edin, toyuq bulyonu tökün.
30 dəqiqə bişəndən sonra blenderdə püre halına salın.
Sonra xama əlavə edin, vam odda 2 dəqiqə qızdırın.
Süfrəyə verərkən içinə avokado dilimləri qoyun. Laym sedrası səpin (zövqə görə).

Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, qızdırın, bişirin, razyana, avokado, kökünü, bulyonu, çıxarıb, sedrası, bibəri, Sonra, toyuq, qabığını, təxminən, Sarımsağı, soyun, Yumşalanadək, Soğanı, Bibəri
BİZİ İZLƏYİN