• Noxudlu-limonlu şorba resepti

Reseptin məlumatları Baxış sayı: 16 588

Tarix : 30-08-2014, 16:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q noxud
1 iri baş soğan
150 ml zeytun yağı (yaxud başqa bitki yağı)
2 x.q. un
cəfəri
0,5 limon
duz
istiot

Hazırlanması:
Noxudu gecədən suda isladın.

Səhəri gün suyu süzün, noxudu bir neçə dəfə soyuq axar suyun altında yuyun. Aşsüzənə qoyub azca qurudun. Soğanı xırda doğrayıb dərin tavada zeytun yağında qızılı rəng alanadək qovurun. Noxudu əlavə edin, birlikdə bir neçə dəqiqə qovurun, qoz iyi gələndə ocaqdan götürün.
Noxudu qazana tökün, üstünə 2 barmaq çıxana qədər su tökün, qaynara düşəndə qazanın qapağını örtün, vam odda 1-1,2 saat bişirin (noxud yumşalanadək).
Bişənə yaxın limonun yarısının şirəsini sıxın (bütöv limondan da istifadə etmək olar), 2 x.q. unla eynicinsli kütlə alınanadək qarışdırın.
Noxudun bir hissəsini qazandan çıxarın, blenderdən keçirin, qazana qaytarın, unlu limon şirəsini qarışdıraraq əlavə edin, doğranmış cəfəri səpin, daha 5 dəqiqə bişirin, şorbanı ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: Noxudu, əlavə, qovurun, dəqiqə, limon, götürün, şirəsini, bişirin, tökün, qazana, cəfəri, ocaqdan, noxud, zeytun, limonun, yarısının, limondan, bütöv, sıxın
BİZİ İZLƏYİN