• Pendir toplu bolqar şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 924

Tarix : 27-02-2016, 17:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 qabaq (və ya badımcan)
1 yerkökü
1 soğan
2 diş sarımsaq
toyuğun döş əti
göyərti

Pendir topları üçün:
100 q bərk pendir
1 yumurta
50 q kərə yağı
70-80 q un

Hazırlanması:
Toyuğun döş ətini xırda doğrayın. Bitki yağında qovurun. 2 l suyu qaynadın, duzlayın. Qaynayan suya qovurduğunuz toyuq ətini əlavə edin, duzunu yoxlayın, gərəkdirsə, əlavə edin. Ocağı azaldın.
Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Qabağı (yaxud badımcanı) kubik doğrayın. Hamısını birlikdə bir neçə dəqiqə qovurun. Sonra qazanda qaynayan toyuq ətinə əlavə edin.

Pendir topları üçün: pendiri sürtgəcin xırda gözündən keçirin. Yumşaldılmış yağı, yumurtanı əlavə edin, tədricən un səpə-səpə qarışdırın. Pendirli xəmir nə çox sıyıq, nə də çox bərk olmalıdır. Bundan qoz boyda toplar hazırlayın. Qaynayan şorbaya əlavə edin. 10 dəqiqə bişəndən sonra şorbanı ocaqdan götürün.
Süfrəyə verərkən üstünə xırda doğranmış göyərti səpin.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, doğrayın, qovurun, Qaynayan, toyuq, gözündən, sürtgəcin, ətini, dəqiqə, keçirin, Pendir, topları, göyərti, Pendirli, qarışdırın, xəmir, sıyıq, Bundan, olmalıdır
BİZİ İZLƏYİN