• Pətənək şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 15 826

Tarix : 18-09-2014, 22:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q pətənək
200 q toyuq ürəyi
4 kartof
2 yerkökü
100 q perlova
2 diş sarımsaq
400 q duzlu xiyar
göyərti
duz

Hazırlanması:

Toyuq bulyonu hazırlayın. Toyuq pətənəyi və ürəyini yuyub təmizləyin, bulyona salın. Perlova, doğranmış kartof, yerkökü və soğanı, xırda doğranmış duzlu xiyarı əlavə edin.

Göyərti və xırda doğranmış sarımsaq əlavə edin. Duzunu yoxlayın, lazım gələrsə, artırın. Hazır olanadək bişirin.

Bu şorbanı adətən içi çıxarılmış boyat çörəyin içində süfrəyə verirlər. Amma onu tez yemək lazımdır ki, çörək əzilib dağılmasın.

Nuş olsun!
Etiketlər: doğranmış, duzlu, Toyuq, sarımsaq, əlavə, xırda, kartof, yerkökü, bişirin, şorbanı, çıxarılmış, olanadək, artırın, lazım, gələrsə, boyat, Hazır, içində, çörək
BİZİ İZLƏYİN