• Toskana şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 025

Tarix : 19-09-2014, 14:00

Bölmə : Şorbalar / Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
450 q çiy kolbasa (məsələn, kupatı)
1 baş soğan
3 diş sarımsaq
0,5 l toyuq bulyonu
1 fincan su
2-3 böyük kartof
200 q savoy kələmi
1 fincan qaymaq və ya süd

Hazırlanması:
Dibi qalın qazanda soğanı və qabığı soyulmuş çiy kolbasaları qovurun. Kolbasanı qaşıqla əzə-əzə qarışdırın ki, balaca tikələr alınsın. Bunlar yaxşıca qovrulmalıdır.

Sonra xırda doğranmış sarımsağı əlavə edib daha 2-3 dəqiqə qovurun.

Bulyon və suyu əlavə edin. Qaynara düşəndə iri doğranmış kartofu şorbaya salın. 10-15 dəqiqə, kartof yumşalanadək bişirin.

Savoy kələminin qalın zoğlarını kəsib atın, şorbaya əlavə edib orta odda 3-4 dəqiqə bişirin. Qaymaq və ya süd əlavə edin. Qaynamasına imkan vermədən ocaqdan götürün.
Toskana şorbası resepti - FOTO RESEPT

Toskana şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qalın, kartof, şorbaya, qovurun, fincan, doğranmış, bişirin, ocaqdan, Bulyon, Qaynara, vermədən, götürün, sarımsağı, Sonra, xırda, olsun, düşəndə, kartofu
BİZİ İZLƏYİN