• Jurek resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 230

Tarix : 23-09-2014, 17:00

Bölmə : Şorbalar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Jurek polyak mətbəxinə aiddir.

Jurekin hazırlanma qaydası çox müxtəlifdir. Tərkibindəki ərzaqları başqaları ilə əvəz etmək olar, yalnız bir şərtlə - tərkibində jur olsun. Jur - çovdar unundan hazırlanan baratadır. Polşada hətta hazır juru butulkalarda satırlar.

Tərkibi:
1,5 l. su (və ya bulyon)
250 ml və ya 2 st. jur
hərəsindən 250 q kolbasa: krakov, bəyaz (başqası da olar)
250 q toyuğun döş əti
250 ml xama
1 iri kartof
1 yerkökü
2 baş soğan
sarımsaq
dəfnə yarpağı
cəfəri (yarpağa qədər olan hissə)
keşniş (yarpağa qədər olan hissə)
2-3 ədəd mixək
sarımsaq qurusu
kərəviz
2 x.q. mərzə (mayoran)
0,5 x.q. şüyüd
dənəvər istiot
duz

Jur:
0,5 st. çovdar unu
1 dilim qara çörək
2/3 st. qaynar su
0,5 l. soyuq qaynanmış su

Hazırlanması:
Jur

İri bankaya çovdar ununu tökün. Qaynar su əlavə edib yaxşı qarışdırın, lopalar qalmasın. Sonra qarışdırmağı dayandırmadan soyuq qaynanmış suyu əlavə edin. Çörək dilimini xırdalayıb içinə tökün. Bankanın ağzını cuna ilə bağlayın. 4-6 gün müddətində isti yerdə saxlayın. Hər gün 1-2 dəfə qarışdırın.

Jurek
Qazana 2 növ kolbasanın yarısını (doğramadan), baş soğan (yuyun, amma qabığını təmizləməyin), 2-3 ədəd mixək, dəfnə yarpağı, 1 yerkökünün yarısını, cəfəri və keşnişin yarpağa qədər olan hissəsini, kərəviz, duz, dənəvər istiot, su töküb ocağın üstünə qoyun. Təxminən 30 dəqiqə bişirin.

Sonra içindəkiləri çıxarın. Bunları: tərəvəzləri, kolbasaları kubik doğrayın. Bişməmiş kolbasanı da kubik doğrayın, bir kənara qoyun. Soğan və sarımsağı xırda doğrayın. Kartofu kubik doğrayın. Bulyonu süzün. Ocağın üstünə qoyun. Kartofu xörda doğrayıb içinə əlavə edin.

Tavada soğanla yerkökünü qovurun. Qara istiot vurun. Qovrulandan sonra doğranmış bişmiş kolbasanı və tərəvəzləri əlavə edin. Qızarandan sonra 1 çömçə bulyon əlavə edin. Mərzənin, sarımsağın və şüyüdün yarısını əlavə edin. Qarışdırıb qazandakı bulyona əlavə edin.

Qaynara düşəndə doğranmış bişməmiş kolbasanı, qaymaq, jur, mərzənin, şüyüdün və sarımsağın qalan yarısını əlavə edin. Qarışdırıb ocaqdan götürün.

Boşqablara çəkəndə içinə bişmiş yumurtanın yarısını da əlavə edə bilərsiniz.
Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT

Jurek resepti - FOTO RESEPT



Nuş olsun!

Etiketlər: əlavə, yarısını, doğrayın, kolbasanı, istiot, yarpağa, kubik, qoyun, içinə, çovdar, qədər, kərəviz, tərəvəzləri, Jurek, qarışdırın, üstünə, Kartofu, mixək, soğan, cəfəri
BİZİ İZLƏYİN