• İspanaqlı konsome resepti

Reseptin məlumatları Baxış sayı: 13 452

Tarix : 26-09-2014, 20:00

Bölmə : Şorbalar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q ispanaq
8 yumurtanın sarısı
100 q sürtgəcdən keçirilmiş parmezan pendiri

Toyuq bulyonu üçün:
1 kq toyuq
2 l su
2 yerkökü
2 soğan
1 turp
5 ədəd dənəvər qara istiot
1 dəfnə yarpağı
1 dəstə cəfərinin budağı

Hazırlanması:
Toyuğu qaynadın. Qaynara düşəndən 2 dəqiqə sonra soğan, yerkökü, turp, istiot, dəfnə yarpağı, cəfəri əlavə edib, ət hazır olanadək vam odda bişirin. Cunadan süzün.

Süzdüyünüz suyu iti ocaqda yarısı qalanadək qaynadın. Sonra xırda doğradığınız ispanağı bu suda qaynadın. Bir qabda yumurta sarısı ilə parmezan pendirini çalın. Qaynayan şorbanın içinə nazik axınla, daim qarışdıraraq əlavə edin. 2 dəqiqə sonra şorba qazanını ocaqdan götürün.

Nuş olsun!
Etiketlər: qaynadın, istiot, soğan, dəfnə, yarpağı, dəqiqə, yerkökü, sonra, əlavə, parmezan, sarısı, qabda, yumurta, çalın, pendirini, ispanağı, xırda, ocaqda, yarısı, qalanadək
BİZİ İZLƏYİN