• Lokro şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 061

Tarix : 5-03-2016, 14:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Ekvadorda kartofdan onlarla, yüzlərlə təam hazırlayırlar. Bunların çoxu barədə Avropada heç eşidilməyib də. Lokro şorbası bu ölkədə çox məşhurdur.

Tərkibi:
1 kq təmizlənmiş kartof
1 baş soğan
1 avokado
1 ç.q. sarıkök (yerli açiote ədviyyatının əvəzinə)
2 x.q. qaymaq
2 st. süd
5 st. su və ya bulyon
duz
zirə
oreqano

Hazırlanması:
Tavada yağda xırda doğranmış soğanı, zirə və oreqanonu qovurun, kubik doğranmış kartofu əlavə edib 5 dəqiqə qızardın.
Lokro şorbası resepti - FOTO RESEPT


Süd və qaymaq əlavə edib 10 dəqiqə bişirin. Su və ya bulyonu əlavə edib kartof yumşalanadək bişirin. Kartofu azacıq əzin.
Lokro şorbası resepti - FOTO RESEPT


Hazır şorbaya bir neçə dilim avokado əlavə edin.
Lokro şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, avokado, dəqiqə, bişirin, kartof, qaymaq, kubik, kartofu, yüzlərlə, onlarla, qovurun, oreqanonu, xırda, hazırlayırlar, soğanı, qızardın, kartofdan, şorbaya, dilim
BİZİ İZLƏYİN