• Don tomato şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 780

Tarix : 3-10-2014, 17:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq pomidor
1 st. lobya
200-300 q kartof
duz
istiot
bitki yağı
100-150 q göbələk
soğan
sarımsaq
Don tomato şorbası resepti - FOTO RESEPT


Hazırlanması:
Lobyanı bir neçə saat soyuq suda isladın. Sonra bişməyə qoyun. Əgər tez bişməsini istəyirsinizsə, suya 1 ç.q. şəkər tozu əlavə edin.
Don tomato şorbası resepti - FOTO RESEPT


Pomidorların üstünə qaynar su töküb qabığını təmizləyin.
Don tomato şorbası resepti - FOTO RESEPT


Göbələyi və soğanı xırda doğrayıb bitki yağında qovurun.
Don tomato şorbası resepti - FOTO RESEPT


Təmizlənmiş pomidorları blenderdə xırdalayın, yaxud ət maşınından keçirin.
Don tomato şorbası resepti - FOTO RESEPT


Kartofu təmizləyib kubik doğrayın. Lobyanı bişməyə qoyduğunuzdan təxminən 1 saat sonra qazana əlavə edin. Daha 20 dəqiqə sonra isə pomidor əzməsini (1 kasa əzməni saxlayın) əlavə edin. Daha 10 dəqiqə sonra göbələk və soğanı əlavə edin.
Don tomato şorbası resepti - FOTO RESEPT


Xamanı pomidor əzməsi ilə qarışdırın, şorbaya əlavə edin.
Don tomato şorbası resepti - FOTO RESEPT


2 diş sarımsağı əzin, şorbaya əlavə edin. Şorbanı daha 10 dəqiqə vam odda bişirəndən sonra qazanı ocaqdan götürün.
Don tomato şorbası resepti - FOTO RESEPT


Boşqablara çəkəndən sonra üstünə doğranmış göyərti səpin.
Don tomato şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, sonra, dəqiqə, pomidor, bişməyə, üstünə, soğanı, Lobyanı, şorbaya, göbələk, bitki, səpin, göyərti, qazana, olsun, təmizləyib, Kartofu, kubik
BİZİ İZLƏYİN