• Avokadolu-tərxunlu tarator şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 811

Tarix : 28-10-2017, 22:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri / Praktik reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 4-6


Tərkibi:
1 dəstə tərxun
1 l qatıq
1 çimdik duz
1 x.q. qoz ləpəsi
100 ml qazlı su
1 avokado
1 xiyar
1 x.q. zeytun yağı
2 diş sarımsaq
(1 payın enerji dəyəri: 289 kkal)

Hazırlanması:
Avokadonu iki bölün, dənəsini çıxarın, qabığını təmizləyin, lətini nazik dilimlərə doğrayın. Üstünə zeytun yağı çiləyin.

Xiyarın qabığını soyub çox xırda doğrayın.

Qozu bıçaqla xırdalayın.

Tərxunu əlinizlə iri doğrayın.

Sarımsağı təmizləyib xırdalayın.

Qoz, xiyar, tərxun və sarımsağı bir ləyənə tökün, duz vurub qarışdırın. Qatığı su ilə qarışdırın, ləyəndəkilərin üstünə tökün. 10 dəqiqə saxlayandan sonra boşqablara çəkin, üstünə avokado dilimlərini düzün.

Nuş olsun!
Etiketlər: doğrayın, tökün, zeytun, üstünə, qarışdırın, qabığını, avokado, xiyar, tərxun, xırdalayın, ləyənə, bıçaqla, sarımsağı, Tərxunu, Sarımsağı, təmizləyib, əlinizlə, ləyəndəkilərin, çəkin, dilimlərini
BİZİ İZLƏYİN