• Sadə soyuq borş resepti

Reseptin məlumatları Baxış sayı: 15 161

Tarix : 9-10-2014, 20:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 l qatıq
1 xiyar
5-6 yumurta
0,5 kq bişmiş çuğundur
təzə şüyüd
göy soğan

Hazırlanması:
Xiyar və çuğunduru sürtgəcin iri gözündən keçirin.

Şüyüd və soğanı xırda doğrayın.

Qatıq, xiyar, çuğundur, soğan və şüyüdü bir qaba qoyub duzlayın, qarışdırın.
Bişmiş yumurtaları ya doğrayıb borşa əlavə edin, ya da hərəsini 2 yerə bölüb boşqablarda borşun üstünə qoyun.
Həmçinin hər boşqaba 1 qaşıq xama əlavə edə bilərsiniz.
Qaynar, suda bişmiş kartofla birlikdə süfrəyə verin.

Nuş olsun!
Etiketlər: çuğundur, soğan, bişmiş, əlavə, xiyar, borşun, üstünə, qoyun, boşqablarda, hərəsini, Həmçinin, doğrayıb, borşa, bölüb, bilərsiniz, süfrəyə, verin, olsun, birlikdə, kartofla
BİZİ İZLƏYİN