• Yerkökülü soyuq borş resepti

Reseptin məlumatları Baxış sayı: 15 516

Tarix : 18-03-2016, 23:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
500 q çuğundur
2 yerkökü
100 q göy soğan
3-4 xiyar
2 yumurta
0,5 st. xama
şəkər tozu - istəyə görə
duz - istəyə görə
göyərti - istəyə görə
2 x.q. sirkə

Hazırlanması:
Təmizlənib yuyulmuş çuğunduru saman kimi doğrayın. Emallı qazana yığıb soyuq su və sirkə əlavə edin, ocağın üstə qoyun, qaynara düşəndən sonra 20 dəqiqə vam odda bişirin. Sonra otaq temperaturunadək soyudun, süzün.

Alınan suyu şüşə bankaya, yaxud da emalla qazana yığıb isti yerdə 8-10 saat saxlayın. Turşumuş suyu 8-10 dərəcəyədək soyudun.

Yuyulmuş çuğundur və yerkökünü iri doğrayın, suda hazır olanadək bişirin. Bu suyu atın. Çuğundur və yerkökünü isə xırda kubik və ya saman kimi doğrayın.

Əvvəlcədən hazırladığınız çuğundur suyunu qazana tökün, doğranmış yerkökü və çuğunduru, göy soğanı, təzə xiyarı, duz, sirkə və şəkər əlavə edib qarışdırın.

Süfrəyə verərkən boşqablara xırda doğranmış bişmiş yumurta səpin, 1 qaşıq xama qoyun və xırda doğranmış şüyüd və ya cəfəri ilə bəzəyin.
Etiketlər: xırda, doğranmış, doğrayın, qazana, istəyə, sirkə, çuğundur, yerkökü, saman, qoyun, çuğunduru, yığıb, soyudun, yerkökünü, əlavə, şəkər, bişirin, yumurta, suyunu, tökün
BİZİ İZLƏYİN