• Russayağı soyuq borş resepti

Reseptin məlumatları Baxış sayı: 14 958

Tarix : 9-10-2014, 22:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq çuğundur
4-5 kartof
1 xiyar
3-4 yumurta
100-150 q xama
zirə
1 soğan
xardal
şüyüd

Hazırlanması:
Çuğunduru təmizləyib yuyun, doğrayın, şəkər tozu və duz qatılmış suda bişirin. Alınan suyu soyudun.
Kartofu yuyun, qabıqlı-qabıqlı zirə ilə birlikdə suda bişirin. Qabığını soyun, kubik doğrayın. Buraya xırda doğranmış xiyar, baş soğan, kubik doğranmış yumurta, xardal əlavə edib qarışdırın. Çuğundur suyunu və xama əlavə edin. Üstünə xırda doğranmış şüyüd səpin. Süfrəyə verənədək bir müddət soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: doğranmış, bişirin, doğrayın, kubik, xırda, əlavə, yuyun, qabıqlı, soğan, xiyar, xardal, yumurta, şüyüd, suyunu, Üstünə, Çuğundur, qarışdırın, çuğundur, səpin, Süfrəyə
BİZİ İZLƏYİN