• Şaltibarşay - Litva üsulu soyuq borş resepti

Reseptin məlumatları Baxış sayı: 14 304

Tarix : 14-03-2016, 10:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 l qatıq (1-7% yağlılıqlı)
1 iri, yaxud 2 orta çuğundur
100 q soyuq su
1-2 yumurta
2 kartof
göyərti - soğan, şüyüd, cəfəri
duz
Şaltibarşay - Litva üsulu soyuq borş resepti


Hazırlanması:
Litvada soyuq borş üçün əsasən marinə edilmiş çuğundurdan istifadə edirlər. Ancaq beləsi yoxdursa, bişirmək gərəkdir.

Çuğunduru yuyun, qabığını soymadan qaynayan suya salın. Suyu duzlamayın, o zaman çuğundur daha sulu və zərif olacaq. Rəngini saxlaması üçün suya şəkər tozu əlavə edin (2 litrə 0,5 ç.q.). Qazanın qapağını örtülü saxlayın. Bir saat qaynadandan sonra qazanı ocaqdan götürün, suyunu süzün, yenə soyuq su əlavə edin. 10-15 dəqiqə saxlayandan sonra daha 20 dəqiqə bişirin.

Soyudulmuş çuğundurun qabığını soyun, nazik saman kimi doğrayın.
Şaltibarşay - Litva üsulu soyuq borş resepti


Kartofu yuyub, qabığını soyun, qaynayan, duzlu suda, vam odda bişirin.

Yumurtaları yuyun, duzlanmış soyuq suda, orta itilikdə odda bişirin (təxminən 10-15 dəqiqə). Soyuq su altında saxlayın, qabığını soyun, dilim-dilim doğrayın.
Şaltibarşay - Litva üsulu soyuq borş resepti


Göyərtini yuyub xırda doğrayın.
Şaltibarşay - Litva üsulu soyuq borş resepti


Qatığa duz əlavə edib azca çalın. Soyuq su əlavə edin, çalın.
Şaltibarşay - Litva üsulu soyuq borş resepti


Qazançaya doğranmış çuğunduru yığın. Qatıqla su qarışığını, doğranmış göyərtinin yarısını əlavə edin, qarışdırın.

Süfrəyə verərkən boşqablara şaltibarşay çəkin, içinə yumurta dilimləri qoyun, üstünə göyərti səpin. Qaynar kartofu isə ayrıca boşqabda verin.
Şaltibarşay - Litva üsulu soyuq borş resepti


Nuş olsun!
Etiketlər: əlavə, soyuq, qabığını, dəqiqə, doğrayın, soyun, bişirin, dilim, sonra, Soyuq, çalın, saxlayın, yuyun, qaynayan, doğranmış, çuğundur, yumurta, göyərti, yuyub, olsun
BİZİ İZLƏYİN