• Makaron və reyhanlı pomidor şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 19 445

Tarix : 1-06-2014, 13:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
3 ədəd böyük yaxşı dəymiş pomidor
1 ədəd qırmızı dolmalıq bibər
1 su stəkanı balıq qulağı makaron
2 xörək qaşığı zeytun yağı
1 ədəd orta ölçülü quru soğan
1 diş sarımsaq
3 xörək qaşığı pomidor sousu
4 su stəkanı tərəvəz suyu
1 çay qaşığı quru reyhan
1 çay qaşığı toz şəkər
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər

Bəzəmək üçün:
3-4 təzə reyhan yarpağı

Hazırlanması:
Quru soğanı soyub, incə-incə doğrayın. Sarmısağı da soyub, xırdalayın. Qırmızı bibəri kub-kub doğrayın. Qazana zeytun yağını əlavə edin və ocağı yandırın. Doğranmış quru soğan, sarmısaq və bibəri əlavə edin. Soğanlar saralana qədər, taxta bir qaşıqla qarışdırın. Qabıqlarını soyub, kub-kub doğradığımız pomidorları əlavə edin. 2-3 dəqiqə qarışdırıb, tərəvəz suyunu, sousu, duz, qara bibər və toz şəkəri qatın. Qazanın qapağını bağlayıb, 15 dəqiqə az odda bişirin. Quru reyhanı da səpin. Ocaqdan götürdüyünüz şorbanı ya əl blenderıyla tam həll olmuş hala gətirin ya da tel süzgəcdən keçirin. Bu vaxt makaronlar qaynadılmış olmalıdır.
Onları da şorbaya qatıb, rəndələnmiş pendirlə servis edin.

Nuş olsun!
Etiketlər: qaşığı, bibər, soyub, əlavə, sousu, soğan, tərəvəz, doğrayın, xörək, reyhan, bibəri, zeytun, dəqiqə, pomidor, stəkanı, pomidorları, səpin, Ocaqdan, qarışdırıb, götürdüyünüz
BİZİ İZLƏYİN