• Noxudlu ayran şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 13 682

Tarix : 23-10-2014, 11:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 ml qatıq
1 st. noxud
1 st. buğda
100 q qiymə
1 soğan
2 x.q. un
1 yumurta
1 dəstə keşniş
1 x.q. kərə yağı
su
duz

Hazırlanması:
Buğda və noxudu ayrıca qaynadıb bişirin. Qazana qaynanmış su tökün. Buğda və noxudu əlavə edin, ocağın üstə qoyun.
Qatığın içinə yumurta və un vurub qarışdırın. Azca soyuq su tökün, daha sonra qaynar su töküb qarışdırın, şorbaya əlavə edin.

Bir soğanı sürtgəcdən keçirib qiyməyə əlavə edin. Duz və istiot vurub qarışdırın, noxud boyda küftələr tutun, yağda qızardın. Şorbanın içinə əlavə edin. Lazım gəlsə, su əlavə edin.
Kərə yağını başqa bir tavada əridin, soğanın qalan yarısını içinə doğrayıb qızardın, kişnişi doğrayıb əlavə edin.
Şorba hazır olub boşqablara çəkəndən sonra bu sousu üzərinə əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, içinə, qarışdırın, Buğda, vurub, sonra, noxudu, yumurta, noxud, tökün, qızardın, doğrayıb, yağını, gəlsə, tutun, küftələr, yağda, Şorbanın, Lazım, başqa
BİZİ İZLƏYİN