• Pendirli şorba resepti

Reseptin məlumatları Baxış sayı: 18274

Tarix : 14.03.2016, 23:00

Bölmə : Şorbalar, Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (2,5 l üçün):
5-6 kartof
1 baş soğan
3 ədəd əridilmiş pendir
ağ çörək
kərə yağı
göyərti
ədviyyat

Hazırlanması:
Kartof və soğanı təmizləyib xırda kubik şəklində doğrayın. Qazana yığıb, qabın 2/3-ə qədər su töküb bişirin. Ədviyyat tökün.

Çörəyi də xırda kubiklər şəklində doğrayın, dağ olunmuş kərə yağında qızardın. Kartofla soğan tam bişəndən sonra ocaqdan götürüb blenderdən keçirin. Alınan püreni yenidən ocağın üstünə qoyun, xırda-xırda doğradığınız əridilmiş pendir əlavə edin. Pendir tam əriyənədək püreni qarışdırın. Duzunu-istiotunu istəyə görə vurun.

Sürfəyə verərkən suxarı və göyərti ilə bəzəyin.

Nuş olsun!


Etiketlər: xırda, şəklində, püreni, göyərti, doğrayın, soğan, əridilmiş, pendir, ocağın, qoyun, doğradığınız, yenidən, üstünə, olsun, götürüb, blenderdən, keçirin, Alınan, əlavə, qarışdırın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN