• Makaron şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 47 779

Tarix : 6-06-2014, 09:52

Bölmə : Şorbalar / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
1 su stəkanı uzunsov makaron
4 su stəkanı su
2 su stəkanı ət suyu
2 xörək qaşığı kərə yağı
4-5 ədəd təzə soğan
3 ədəd kiçik ölçülü kök
1 ədəd kiçik ölçülü balqabaq
Duz
İstiot
Ağ istiot
Qızmızı istiot

Hazırlanması:
Bir qazana su və ət suyunu əlavə edib ocağa qoyun. Duz əlavə edin və qaynamağa başlayınca makaronu əlavə edin. Digər tərəfdən kiçik bir tavada kərə yağını əridib, dilimlənmiş kök, balqabaq və incə doğranmış soğanı sote bişirin. Makaron yarı yarıya yumşalınca tərəvəzli qarışığı üzərinə əlavə edin. Duz, istiot, ağ istiot və qırmızı istiot əlavə edin. Makaron yumşalana qədər bişirib ocaqdan götürün. İsti servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, istiot, stəkanı, kiçik, Makaron, balqabaq, ölçülü, yarıya, yumşalınca, əridib, doğranmış, soğanı, tərəvəzli, dilimlənmiş, bişirin, qırmızı, bişirib, ocaqdan, götürün, servis
BİZİ İZLƏYİN