• Bibərli soyuq şorba resepti

Reseptin məlumatları Baxış sayı: 10460

Tarix : 26.05.2014, 06:08

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
6 ədəd bibər
2 ədəd qırmızı bibər
1 ədəd soğan
2 qəhvə fincanı zeytun yağı
1 x.q un
2 su stəkanı su
250 qram qatıq
1 çay stəkanı su
2 diş sarmısak
Kifayət qədər duz, qara bibər
1 ç.q reyhan

Hazırlanması:
Bibərləri ocaqda qizardıb, qabığını soyun və incə uzun olaraq doğrayın. Soğanı kub-kub doğrayın və zeytun yağında qovurun. Unu əlavə edib rəngi dəyişənə qədər qovurun.
Doğranmış bibərləri əlavə edib, 1-2 dəfə qarışdırın.
Üzərinə suyu mərhələ-mərhələ əlavə edərək qarışdırın və 2-3 dəqiqə qaynadın. Sonra ocağın altını söndürərək soyumağa qoyun.
Bir kasaya qatıq, 1 çay stəkanı su, döyülmüş sarmısak, duz və qara bibəri əlavə edib, hamısını çırpın və qazandakı qarışığa əlavə edin.
Bütün vəsaitləri qarışdırın. Üzərinə reyhan səpin. Soyuq olaraq servis edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: əlavə, stəkanı, qarışdırın, bibər, reyhan, qovurun, olaraq, doğrayın, sarmısak, qədər, zeytun, Üzərinə, qatıq, mərhələ, ocağın, kasaya, qoyun, altını, söndürərək, soyumağa
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN