• Kələm şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 18 771

Tarix : 7-07-2016, 22:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 kg kələm
1 xörək qaşığı kərə yağı
1 ədəd soğan
200 qr. kəvər soğanı
1 ədəd kök
1/4 su stəkanı un
2 ədəd qərənfil
2 xörək qaşığı krem
2 xörək qaşığı yağsız pendir rəndəsi
duz

Hazırlanması:
Kələmi yarpaqlarını ayıraraq yuyun.
İncə doğradığdan sonra bir az qaynadın .
Bir qazana kərəyağını qoyub qızardın.
Əvvəl incə incə doğradığımız soğanı , sonra yenə incə incə doğradığınız yaşıl soğanıda qızardırın.
Rəndələnmiş yerkökü və doğranmış kələmləri də əlavə edərək üzərinə un səpin.
Qarışığın üstünü örtəcək qədər su qoyduqdan sonra kəvər soğanı əlavə edərək şorbamızı 45 dəqiqə bişirək.
Ocaqdan götürməmişdən qabaq onu duzluyun.
Yağsız pendirindən rəndələyin.
Şorbanı atəşdən götürüb , istiliyə dayanıqlı dərin bir qaba qoyun.
Kasalara tökdükdən sonra şorbaların üzərinə yağsız pendir rəndəsini səpin.
Arzuya görə üzərinə bir miqdar şüyüd qoyaraq süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: sonra, soğanı, qaşığı, üzərinə, xörək, pendir, səpin, yağsız, əlavə, edərək, kəvər, Yağsız, duzluyun, pendirindən, rəndələyin, atəşdən, Şorbanı, qabaq, götürüb, dəqiqə
BİZİ İZLƏYİN