• Minestrone şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 899

Tarix : 29-01-2017, 21:00

Bölmə : Şorbalar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel


Tərkibi:
Toyuq bulyonu-2 lt.
Yaşıl noxud-200 qr.
Ağ lobya-200 qr.
Kabak-1 əd.
Bolqar bibər-1 əd.
Bazilik (ağ reyhan)
Kartof-1 əd.
Baş soğan-1 əd.
Kök-1 əd.
Sarımsaq-2 diş
Pirasa (Porey soğanı) yalnız ağ yeri
Makaron-200 qr.
Pomidor-1 banka öz sokunda
Zövgə görə aci bibər, mən etmədim çünki o zaman uşaqlar yeyə bilməz.
Duz, istiot

Hazırlanması:
Bu şorbanın özəlliyi odur ki, bütün tərəvəzdər xırda noxud boyda doğranmalıdır. Qazana zeytun yağı tökürük, soğanı və sarımsağı əlavə edirik. Qızardırıq. Üsdünə bolqar bibər, kök, pirasa əlavə edirik. Qızardırıq. Pomidorları blendordan keçirdim, soku ilə birlikdə əlavə edirik.
Bulyonu tərəvəzdərin üsdünə tökürük. Xırda kəsilmiş kartofu,kabakı və makaronu əlavə edirik. Bişənə yaxın ağ bişmiş lobyanı və noxudu əlavə edirik. Duz, istiot vurub. Göyərti ilə servis edin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, bibər, istiot, soğanı, Qızardırıq, noxud, tökürük, blendordan, zeytun, keçirdim, Pomidorları, birlikdə, bolqar, Bulyonu, Üsdünə, sarımsağı, pirasa, Xırda, lobyanı
BİZİ İZLƏYİN