• Yaşıl lobya ilə toyuq şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 782

Tarix : 2-11-2016, 14:00

Bölmə : Şorbalar / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
400 q toyuq filesi
2 diş sarımsaq
1 iri baş soğan
800 q öz şirəsində pomidor
1 l toyuq bulyonu
1 ç.q. reyhan qurusu
1/2 ç.q. quru oreqano
200 q yaşıl lobya
duz
istiot

Hazırlanması:
Soğanı və sarımsağı xırda doğrayın. Toyuq ətini quşbaşı doğrayın.
Tavada 1 x.q. bitki yağını qızdırıb soğanı yumşalınca, təxminən 5 dəqiqə qovurun. Sarımsaq əlavə edib daha 1 dəqiqə qovurun. Toyuq ətini əlavə edib qarışdırın, rəngi dönənədək, təxminən 3-4 dəqiqə bişirin.
Bunları qazana tökün. Bulyonu, ədviyyatı, duzu və əzilmiş pomidorları suyu ilə birlikdə əlavə edin.
Qaynara düşəndən sonra vam odda 30 dəqiqə bişirin. Lobyanı xırda doğrayıb şorbaya əlavə edin. Daha 10 dəqiqə bişdikdən sonra ocaqdan götürün.

Yaşıl lobya ilə toyuq şorbası resepti - FOTO RESEPT

Yaşıl lobya ilə toyuq şorbası resepti - FOTO RESEPT

Yaşıl lobya ilə toyuq şorbası resepti - FOTO RESEPT

Yaşıl lobya ilə toyuq şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, Toyuq, bişirin, ətini, sonra, toyuq, doğrayın, qovurun, təxminən, xırda, tökün, dönənədək, qarışdırın, rəngi, Bunları, qazana, Bulyonu, şorbaya, doğrayıb
BİZİ İZLƏYİN