• Əriştəli mərcimək şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 12 049

Tarix : 7-11-2016, 17:00

Bölmə : Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
- 1 Çay stəkanı Əriştə
- Yarım Çay qaşığı qara bibər
- 1 Çorba qaşığı quru nanə
- 1 ədəd baş soğan
- 5 Stəkan Su
- 2 Çorba Qaşığı Kərəyağı
- 2 Çorba Qaşığı Un
- Yarım Su stəkanı Yaşıl Mərcimək
- Qərarından Duz

Hazırlanması:
Mərciməyin üzərinə çıxacaq qədər su əlavə edib yarım saat qədər isladın. Sonra qaynadın ,qara suyu çıxana qədər təxminən 5-10 dəqiqə qaynadın. Qara suyunu süzün. Üzərinə 5 su stəkanı ət suyu və ya su əlavə edin, təkrar atəşə qoyun. Yumşalana qədər qaynadın. Soğanı incəcik doğrayın. Ayrı bir tavada yağ bir az duzla birlikdə sarı rəng alana qədər qovurun. Unu əlavə edin, 2-3 dəqiqə da unu qovurun. Qovrulmuş soğanı mərciməyin üzərinə əlavə edin. Arzunuza görə duz istiot atın. Unun topa qalmaması üçün taxta qaşıqla yaxşıca qarışdırın. Şorba suyu qaynadığında əriştəyi əlavə edin. Əriştə yumşalana qədər bişirin. Dadına duzuna baxın. Üzərinə əzilmiş quru nanə səpib xidmət edin.

Nuş olsun!
Etiketlər: qədər, əlavə, Çorba, stəkanı, Qaşığı, üzərinə, Üzərinə, qovurun, Yarım, Əriştə, qaşığı, dəqiqə, qaynadın, qalmaması, istiot, soğanı, alana, birlikdə, Qovrulmuş, taxta
BİZİ İZLƏYİN