• Bakı küftə resepti

Reseptin məlumatları Baxış sayı: 17 452

Tarix : 8-11-2016, 14:00

Bölmə : Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Çəkilmiş mal əti-300-500qr
Yumru düyü-2-3xq
Quru alça-küftənin içinə qoymağa
Kartof-adam başına 1ədəd
Soğan-1böyük və ya 2kiçik
Kərə yağı
Noxud(qaynadılmış)-1st
Dəfnə yarpağı-2ədəd
Zəfəran
Sarıkök
Duz
Ístiot

Üzəri üçün:
Quru nanə
Sumax
Keşniş
Şüyüd

Hazırlanması:
Ət ətçəkən maşında çəkilir, 3ədəd soğan da ayrıca çəkilib acı suyu tam çıxdıqdan sonra isladılmış düyü, duz qatıb əti çoxlu yoğururuq. Əgər hazırladığınız küftələr dağılırsa, küftələri hazırladıqda əlinizi duzlu suya salıb ətdən ovcunuza alıb içinə quru alça qoyub yaxşıca sıxlaşdırırsınız, kartoflar da soyulub 2 yerə bölünür.
Qazana su tökülür, su qaynayanda soyulub bütöv və ya zövqə görə dogranmış soğan atılır ardınca küftələr ehtiyatla qaynayan suya əlavə edilir.Küftələr yarıbişmiş olduqda suyun üzərinə qalxır bu zaman kartoflar və dəfnə yarpağı da buraya əlavə edilir. Xörəyin bişməyinə 5 dəqiqə qalmış buraya dağ olunmuş kərə yağı, 1çimdik zəfəran v ya 0.5çq sarıkök, duz,istiot qatılır. Noxudu xörəyin tərkibinə və ya kasaya çəkdikdə üzərinə tökə bilərsiz. Həmçinin küftəyə zövqə görə quru nanə, sumax və keşniş şüyüd doğrayıb sərviz edə bilərsiz.

Nuş olsun!
Etiketlər: bilərsiz, edilir, soğan, yarpağı, əlavə, küftələr, üzərinə, zövqə, içinə, buraya, kartoflar, soyulub, Küftələr, zaman, yarıbişmiş, suyun, olduqda, qalxır, ehtiyatla, tökülür
BİZİ İZLƏYİN