• Şiş börək şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 006

Tarix : 23-12-2015, 16:00

Bölmə : Şorbalar / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q qiymə
2 x.q. bitki yağı
1 soğan
4 st. ət suyu
1 st. bişmiş noxud
1 kq qatıq
1 yumurta
100 q kərə yağı
1 çimdik zəfəran
duz
istiot
pulbibər

Xəmir:
4 st. un
2 yumurta
aldığı qədər un
duz

Hazırlanması:
Qiyməni bitki yağında qovurun. Xırdalanmış soğan əlavə edib vam odda qovurun. Qara istiot, pulbibər və duzunu vurun. Ocaqdan götürüb soyudun.

Xəmir: unun ortasında çala açıb yumurta, duz vuraraq qarışdırın, aldığı qədər su əlavə edərək bərk xəmir yoğurun. Soyumuş qiyməni xəmirə əlavə edib yenə yoğurun. 30 dəqiqə saxlayandan sonra kündələr tutun.

Un səpilmiş masada əlinizlə yuvarlayaraq uzun borucuqlar halına gətirin. Bunları 1-1,5 sm uzunluqda doğrayıb barmağınızla yastılayaraq üçbucaq formaya salın.

Ət suyunu qazanda qaynadın. Qaynanmış noxudu və xəmirləri əlavə edib bişirin.

Bir qabda yumurta ilə qatığı çalın. Yeməyin suyundan bir-iki çömçə əlavə edib qarışdırın, sonra hamısını şorba qazanına əlavə edin.

Şorbanın xəmiri bişdikdə hazırdır.

Zəfəranı kərə yağında qovurub şorbanın üzərinə gəzdirin. Süfrəyə isti verin.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, aldığı, xəmir, yoğurun, qovurun, qarışdırın, sonra, pulbibər, yağında, qədər, bitki, soğan, istiot, bişirin, qabda, qatığı, Yeməyin, barmağınızla, çalın
BİZİ İZLƏYİN