• Göbələk şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 19 441

Tarix : 20-12-2016, 14:00

Bölmə : Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 50q
Göbələk 500q
Soğan 2 baş
Qaymaq 500ml (20-25% yağlı)
Duz
İstiot

Hazırlanması:
Soğanları xırda - xırda doğrayın. Göbələkləri blenderdən keçirdib, doğranlılmış soğan ilə birləşdirin. Orta hərarətdə göbələkli-soğanlı qarışımı kərə yağı ilə 10-15 dəqiqə ərzində qizardın. Qaymağı bir qazana boşaldıb, üzərinə qızardılmış göbələkli-soğanlı qarışımı əlavə edib, orta alovda qaynayana kimi şorbamızı bişirə bilərsiniz. Zövqə görə duz və istiot əlavə olunur. Zövqə görə şorbanızı qızardılmış çörək dənələri və göyərti ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, Zövqə, göbələkli, soğanlı, qızardılmış, qarışımı, xırda, bilərsiniz, dənələri, çörək, göyərti, süfrəyə, boşaldıb, üzərinə, şorbanızı, alovda, qazana, olunur, bişirə, şorbamızı
BİZİ İZLƏYİN