• Yuvalama şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 361

Tarix : 17-08-2014, 23:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
1 x.q. kərə yağı
250 q quşbaşı doğranmış ət
4 st. isti su
150 q yağsız qiymə
1 st. düyü
1 st. bişmiş noxud
0,5 kq qatıq
1 yumurta
1 x.q. un
1 ç.q. duz
1 ç.q. qara istiot

Üzərinə:
1 x.q. kərə yağı
1 x.q. nanə qurusu

Hazırlanması:
Düyünü suda yarım saat isladın.

Əti quşbaşı doğrayıb kərə yağında bir qədər qovurun. 4 st. isti su əlavə edib ət yumşalanadək bişirin.

Düyünü süzüb blenderdə un halına gələnədək çəkin. Qiyməni əlavə edib xəmir halına gələnədək yoğurun. Duz, qara istiot vurun. Noxud boyda qoparıb yumrulayın. Qaynayan quşbaşı ətin suyuna bişmiş noxudla birlikdə əlavə edin.

Başqa bir qabda qatığı, yumurta və unu qarışdırın, nazik axınla, şorbanı qarışdıra-qarışdıra əlavə edin. 5 dəqiqə qaynadın. Kərə yağını qızdırın, nanə əlavə edib 1-2 dəfə qarışdırın. Şorbanı ocaqdan götürün, nanəli kərə yağını üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: əlavə, quşbaşı, yağını, Düyünü, gələnədək, qarışdıra, qarışdırın, istiot, halına, üzərinə, bişmiş, yumurta, suyuna, qatığı, Qaynayan, yumrulayın, noxudla, Başqa, qabda, birlikdə
BİZİ İZLƏYİN