• Əriştəli mərcimək şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 311

Tarix : 18-08-2014, 02:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. yaşıl mərcimək
4 st. su
1 baş soğan
3 x.q. qarğıdalı yağı
1 x.q. tomat pastası
duz
qara istiot
1 armudu st. əriştə

Üzərinə:
qatıq

Hazırlanması:
Xırda doğranmış soğanları qovurun, tomat pastasını əlavə edin. Mərcimək, su, duz, qara istiotu əlavə edib 15-20 dəqiqə bişirin. Mərcimək bişdikdən sonra əriştəni əlavə edin, təxminən 10 dəqiqə, yumşalanadək bişirin.

Şorbanı süfrəyə verərkən yanında qatıq qoyun.

Qeyd: Şorba qatılaşarsa, qaynar su əlavə edin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, tomat, qatıq, Mərcimək, bişirin, yumşalanadək, təxminən, sonra, bişdikdən, Şorbanı, əriştəni, süfrəyə, qaynar, olsun, qatılaşarsa, Şorba, yanında, qoyun, verərkən
BİZİ İZLƏYİN