• Qaymaqlı vişuaz şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 14 600

Tarix : 6-03-2016, 22:00

Bölmə : Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
40 q kərə yağı
1 baş soğan
4 ədəd göy soğan
1 kq kartof
750 ml toyuq bulyonu
500 ml süd
yarım dəstə cəfəri
250 ml qaymaq
duz

Hazırlanması:
Bütün tərəvəzləri yuyub təmizləyin. Baş soğanla göy soğanı xırda, kartofu nazik lay-lay doğrayın.

Qazanda yağı əridin. Soğan əlavə edib qarışdıraraq 5 dəqiqə, yumşalanadək bişirin. Göy soğanı əlavə edib daha 5 dəqiqə, qızılı rəng alınca qovurun. Kartofu, bulyonu əlavə edin. Qaynara düşəndən sonra daha 40 dəqiqə orta itilikli odda bişirin. Sonra qazanı ocaqdan götürüb bir qədər soyudun.

Blenderdən keçirin. Süd əlavə edib yenə qarışdırın. Şorbanı şüşə və ya saxsı qablara töküb duz vurun, qaymaq əlavə edin. Ağzını örtüb soyuducuda 12 (daha yaxşı olar ki, 24) saat saxlayın.

Süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, soğan, bişirin, cəfəri, qaymaq, soğanı, bulyonu, soyudun, qarışdırın, keçirin, Blenderdən, qədər, götürüb, itilikli, sonra, Sonra, qazanı, ocaqdan, Şorbanı
BİZİ İZLƏYİN