• Ətləri dadlandırmaq üçün sous resepti

Reseptin məlumatları Baxış sayı: 2 586

Tarix : 26-12-2017, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Hüsniyyə


Tərkibi:
7-8 y.q zeytun yağı
2 y.q soya sousu
2 y.q üzüm sirkəsi
Duz
Qara və qırmızı istiot
1 ç.q kəklikotu yaxud da rozmarin (ikisindən biri)
1/2 limonun suyu
1 baş soğanın suyu

Hazırlanması:
Ətlərin yerləşəcəyi ölçüdə qab götürürük və içinə yağ,sirkə,soya sousu ,duz,istiotlar,kəklikotunu (rozmarini) töküb, limonu sıxırıq və soğanı dilimləyib , onun da suyunu sıxırıq ,qarışdırırıq və ətləri əlavə edib ,yaxşıca qarışdırırıq ,sonunda dincəlməyə qoyuruq. Ətlərə dad gəlməsi üçün ən az 3-4saat bu sousda dincəlməsi lazımdı. Amma mən bir gün əvvəldən sousu hazırlayıb, ətləri ən az bir gecə saxlamağı məsləhət görürəm.

Nuş olsun!
Etiketlər: ətləri, sousu, edibyaxşıca, qarışdırırıqsonunda, dincəlməyə, qoyuruq, əlavə, sıxırıqqarışdırırıq, soğanı, dilimləyib, suyunu, Ətlərə, gəlməsi, hazırlayıb, saxlamağı, məsləhət, görürəm, əvvəldən, lazımdı, 4saat
BİZİ İZLƏYİN