• Veqan mayonezi resepti

Reseptin məlumatları Baxış sayı: 2 554

Tarix : 19-10-2017, 12:00

Bölmə : Souslar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
• 3/4 fincan soya südü
• 1,5 şorba qaşığı limon suyu
• 3/4 stəkan zeytun yağı
• 1 desert qaşığı xardal
• İstəyə görə duz və istiot

* Sarımsaqlı mayonez istəsəniz, qarışımın içinə bir diş sarımsaq əlavə edə bilərsiniz.

Hazırlanması:
Əvvəlcə soya südü, limon suyu və xardalı blendrda qarışdırın. Ardınca içinə yavaş-yavaş zeytun yağını əlavə edin. Hazırladığınız qarışımı bir qaşıqla qarışdırın və yağın əmildiyinə əmin olduqdan sonra duz və istiot əlavə edin. Vəssalam, mayoneziniz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, içinə, zeytun, yavaş, istiot, qaşığı, limon, Hazırladığınız, yağını, Ardınca, hazırdır, qarışımı, qaşıqla, olduqdan, sonra, mayoneziniz, əmildiyinə, yağın, Vəssalam
BİZİ İZLƏYİN